İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd Rusiyada yeni həyata başlayır – Həkimlik peşəsinə qayıdır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyada məşqul olacağı iş məlum olub.

Musavat.com xəbər verir ki, o, Moskvada oftalmoloji klinika açmağı planlaşdırır. Bəşər Əsədin ilkin peşəsi həkim-oftalmoloq olub və hazırda o, siyasi fəaliyyətindən uzaqlaşaraq yenidən bu sahədə çalışmaq niyyətindədir. Mənbələrin bildirdiyinə görə, Əsəd Rusiya Federasiyasında öz şəxsi klinikasını açmağı planlaşdırır, lakin layihənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Əsədin prezident vəzifəsindən könüllü şəkildə istefa verdiyini açıqlayıb. O, Əsədin Rusiya Federasiyasına köçürülməsində Moskvanın oynadığı rolu təsdiqləyib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Dəməşq müxalif qüvvələrin nəzarətinə keçib və hökumət qüvvələri geri çəkilib. Bu hadisələrdən sonra Rusiya Əsəd və onun ailəsinin təhlükəsizliyinə təminat verərək Moskvaya gətirib. Dövlət Dumasının deputatı Mixail Şeremet, Əsədin qaçırılmasını keçmiş Liviya lideri Müəmmər Qəddafinin aqibəti ilə müqayisə edərək onun həyatını xilas etdiklərini bildirib. 

Xəbərin linki: https://news.ru/russia

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR