İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanla Azərbaycan arasında yeni müharibə qısa, lakin çox gərgin olacaq" - Amerikalı analitiklər

“Ermənistanla Azərbaycan yeni qarşıdurmaya doğru gedirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Foreign Policy” nəşri yazı dərc edib. Nəşr ictimaiyyətin diqqətini siyasi analitiklərin araşdırdığı dünyanın ən mühüm on münaqişəsinə cəlb edib. Jurnal müasir dünyanın ən aktual problemləri kimi Ukrayna müharibəsini, Ermənistanla Azərbaycan arasındakı münaqişəni, həmçinin İran, Yəmən, Efiopiya, Konqo və Pakistandakı vətəndaş qarşıdurmasını və nəhayət, Tayvan ətrafındakı vəziyyəti qeyd edir.

Nəşr xüsusi diqqət yetirərək Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti ətraflı şərh edib.

Xarici Siyasət ekspertləri əmindirlər ki, Ukrayna müharibəsi Cənubi Qafqazda yeni qüvvələr balansına çox təsir edib.

“Qarabağ uğrunda müharibənin başa çatmasından iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru gedirlər”, – deyə amerikalı analitiklər bildiriblər. Onların fikrincə, Rusiyanın Ukraynadakı uğursuzluğu regionla bağlı ilkin planları pozub.

Amerikalı analitiklərin proqnozlarına görə, Ermənistanla Azərbaycan arasında qaçılmaz yeni müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibədən heç də az dramatik olmayacaq.

Jurnal Ermənistan-Azərbaycan münaqişəsinin son həllinin iki layihəsi olan Rusiya planı və “Vaşinqton prosesi” arasında paralellər apararaq, Amerika variantının üstünlüyünü təsdiqləyib.

Bununla belə, amerikalı analitiklər sülh danışıqlarının heç bir nəticə verməyəcəyini və yeni müharibənin başlayacağını proqnozlaşdırırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR