İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın vitse-spikeri Türkiyəyə başsağlığı verdi

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Rubinyan özünün tvitter səhifəsində bunları yazıb:

“Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm".

Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edən və türk dilini yaxşı bilən xüsusi nümayəndə tvitter səhifəsindəki başsağlığı mesajını Türkiyənin xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb.

Qeyd edək ki, bu, Türkiyə-Ermənistan münasibətləri tarixində ilk hadisədir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR