İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq baş qərargah rəisinin həbs-qətimkan tədbiri dəyişdirildi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Tiran Xaçatryan azadlığa buraxılacaq.

Musavat.com xəbər verir ki, o, 10 milyon dram (təxminən 43 min manat) girov və ölkədən çıxmaması barədə yazılı öhdəçilik əsasında sərbəst qalacaq.

Müdafiə tərəfi vəsatətində Xaçatryanın himayəsində əlil həyat yoldaşının olduğunu da vurğulayıb.

Qeyd edək ki, Tiran Xaçatryan 2020-ci ildə 44 günlük müharibə zamanı Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib. Həmin dövrdə Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın ən ali mükafatı – “Ermənistan Qəhrəmanı” adı ilə təltif olunub. Lakin müharibədən sonra vəzifəsindən uzaqlaşdırılıb və hökumətin Qarabağla bağlı siyasətini tənqid etməyə başlayıb.

Yanvarın 5-də o, 2020-ci il müharibəsi zamanı məmur səhlənkarlığı ittihamı ilə həbs edilib və iki ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Mənbə: Sputnik Ermənistan 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR