İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş iqtisadiyyat naziri həbs oluna bilər

 


Ermənistanda iqtisadiyyat naziri vəzifəsindən bir gün əvvəl istefa verən Vahan Kerobyan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Mənbələrimiz bildirir ki, Kerobyan bir neçə saatdır MTX-də olub, ola bilsin ki, yaxın vaxtlarda İqtisadiyyat Nazirliyində bu yaxınlarda “üzə çıxan” korrupsiya faktları çərçivəsində ona qarşı ittiham irəli sürüləcək və həbs olunacaq. MTX rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib edib. Qurumun rəsmi açıqlama verəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistanda iki həftə öncə İqtisadiyyat nazirliyində korrupsiya qalmaqalı üzə çıxıb və 2 cinayət işi üzrə həbslər həyata keçirilib. Dünən isə iqtisadiyyat naziri Vahan Kerobyan vəzifəsindən istefa verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR