Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. İclasın gündəliyinə Ermənistan Respublikası hökumətinin qəbul etdiyi (2021-2026) proqramın 2023-cü ildəki icrası haqqında hesabatın müzakirəsi daxildir.
İclasda müdafiə naziri Suren Papikyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan da iştirak edir.
Daha sonra qapalı iclasın keçirilməsi qərara alınıb. İstisna deyil ki, Qazaxın kəndləri ilə bağlı vəziyyət, həmçinin ötən gün terrorçuların polis bölməsinə soxulması qapalı iclasın çağırılmasını zəruri edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ