İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı 3 gündür çalxalayan, 2 gün matəmə bürüyən kimdir? - ŞƏRHLƏR TOQQUŞUR

Ermənistanı 3 gündür çalxalayan, 16 ölü, 3 itkinlə 2 günlük matəmə bürüyəcək partlayışı terror hadisəsi hesab edənlər arasında tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu da var. Onun fikrincə, bu, terrorist mənşəli cinayətkar siyasi qruplar arasında daxili çəkişmə zəminində törədilib.

6eb8fd2873802c681f2c34eebaf5d2eb.png (258 KB)

Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz da eyni fikirdədir.

General hesab edir ki, İrəvandakı partlayışı sıradan bir olay kimi dəyərləndirmək mümkün deyil:

yucel-karauz.jpg (69 KB)

“Demək ki, Azərbaycan uğurlu, ağıllı siyasət yürüdərək, beynəlxalq hüququn dəstəyini alaraq mübarizə aparır. Ermənistan üzərindəki beynəlxalq təzyiq, Türkiyənin təzyiqi, Azərbaycanın uğurlu siyasəti davam edir. Ermənistan hakimiyyəti 10 noyabr razılaşmasına əsasən verdikləri sözü yerinə yetirməkdən başqa yollarının olmadıqlarını görür. İrəliləmə istənilən səviyyədə olmasa belə, davam edir. İrəvandakı partlayışdan 1 neçə gün öncə orada etiraz aksiyası keçirilmişdi. Düşünürəm ki, sülhü istəməyən daxili ünsürlər, əliqanlı qatillər bu yolla hökumətə bir mesaj ötürür. Bundan sonra da Ermənistan daxilində bu tip hadisələrin olacağını proqnozlaşdırıram. Ermənistan hökumətinin sülh sazişi ilə bağlı fəaliyyətinə qarşı belə bir terror aktı törədildi”.

Ankara Universitetinin professoru Toğrul İsmayıl isə Sürməlidəki partlayışın terror hadisəsi olduğunu düşünmür:

05552ad3de3425236386921a07db1144.jpg (92 KB)

“Bunu Nikol Paşinyan hakimiyyətinə qarşı atılmış addım hesab etmirəm. Çünki belə addımlar iqtidara təsir gücünə malik deyil. Ermənistan güclü dövlət olmadığı üçün onu manipulyasiya etmək asandır”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR