Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti dekabrın 14-də keçirilən iclasda Ermənistan Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətini 2036-cı ilə qədər uzatmaq barədə qərar qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görülən işlərin dəyəri 65 milyon dollar qiymətləndirilir.
Hökumətin qərarı AES-ə müvafiq işlərin görülməsi üçün Rusiyanın “Rosatom Service” dövlət korporasiyası ilə müqavilə bağlamağa icazə verir.
Ermənistan nüvə enerjisindən imtina etmək niyyətində deyil və yeni atom elektrik stansiyası üçün üç layihəni öyrənir. Üstəlik, Ermənistan ABŞ-dan az enerjili AES tikmək təklifi alıb. Rəsmi İrəvan bu ehtimalı da nəzərdən keçirir.
Cənubi Qafqaz regionunda yeganə Atom Elektrik Stansiyası Ermənistanın Metsamor şəhəri yaxınlığında - İrəvandan təxminən 30 km qərbdə yerləşir. Stansiya ölkənin əsas elektrik enerjisi mənbələrindən biri sayılır və ümumi enerjinin 40%-ə qədərini təmin edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ