Onlayn ictimai-siyasi qəzet
Noyabrın 22-də yeni təyin olunmuş daxili işlər naziri Arpin Sarkisyan Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanmasının yeddinci ildönümünə həsr olunmuş “Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi” adlı tədbirdə çıxış edib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Sərkisyan digər məsələlərlə yanaşı, Aİ-yə giriş icazələrinin (vizalarının) liberallaşdırılması üzrə dialoqun başlanmasından danışıb. Onun sözlərinə görə, bu addım Ermənistan-Aİ əməkdaşlığı çərçivəsində yeni nəfəs verəcək və yeni üfüqlər açacaq.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ