Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Şirak vilayətinin qubernatoru Muşeq Muradyan vəzifəsindən azad edilməsi üçün ərizə təqdim edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Maraqlıdır ki, bu səhər hökumət binası qarşısında Muşeqyan jurnalistlərə işdən çıxarılmasından xəbəri olmadığını demişdi.
Yerli media onu yerinə hakim partiyanın deputatı David Aruşanyanın təyin ediləcəyini yazıb. Sonuncu bu məqsədlə deputat mandatından imtina da edib.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ