Onlayn ictimai-siyasi qəzet
Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən müzakirə edilən məktəblilərin narkotik maddələrə dair könüllü testdən keçirilməsi ideyası heç bir nəticə verməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni müstəqil deputat Geqam Nazaryan bəyan edib.
Bundan öncə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bu testlərin könülü şəkildə həyata keçiriləcəyini bildirib. Lakin Nazaryan bu yanaşma ilə razılaşmır.
“Valideynlərdən heç biri problem olduğunu bilsə belə, övladının testdən keçirilməsinə razı olmayacaq. Mütləq şəkildə test aparılmalıdır – hətta bu təsadüfi seçmə əsasında olsa belə,” – deyə deputat öz mövqeyini ifadə edib.
Qeyd edək ki, Ermənistanda məktəblilər arasında narkotik maddələrin yaılması geniş vüsət alıb.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ