Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin sonuna kimi Ermənistanda real ÜDM artımı 6 faiz təşkil edəcək.
Musavat.com xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun hesabatında əksini tapıb.
Fonda görə ötən il 8,3 faiz təşkil etmiş göstərici gələn il 4,9 faizə qədər yavaşıyacaq. BVF ekspertlərinin fikrincə, 2029-cu ildə Ermənistanın ÜDM artımı 4,5 faiz təşkil edəcək.
Hesabatda həmçinin qeyd olunur ki, Ermənistanda işsizlik səviyyəsi 2024-cü ilin sonunda 13 faiz, 2025-ci ildə isə 13,5 faizə çatacaq.
2023-cü ildə bu rəqəm 12,6 faiz olub.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ