İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanda insanların Rusiyaya qarşı beyinlərini yuyurlar" - Zatulin

"2021-ci ildə erməni müxalifəti dəstək üçün Rusiya Federasiyasına üz tutub".

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci vitse-prezidenti Konstantin Zatulin "Moskva danışır" radiostansiyasının efirində bildirib.

Zatulin deyib ki,  Rusiya tərəfi bundan imtina etdi, çünki hakimiyyət dəyişikliyi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə təsir edə və yeni müharibəyə səbəb ola bilərdi.

O həmçinin əlavə edib ki, hazırda Ermənistanda Rusiyaya ictimai dəstək zəifləyib və buna səbəb Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiya Federasiyasına qarşı beyinlərinin yuyulmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR