İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda DƏHŞƏT - ÖLƏN VAR

Ermənistanda insanlara ağcaqanad dişləməsilə keçən Qərbi Nil virusu ilə bağlı narahatlıq dərinləşməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Ermənistanda hazırda 40-dan çox infeksiya və bir ölüm halı aşkar edilib.

“İnfeksiya nəticəsində bir nəfər ölüb, 20 nəfər xəstəxanaya yerləşdirilib. Virusa yoluxanların 80%-də simptomlar müşahidə olunmur, lakin 1%-də ensefalit və ya meningit kimi ciddi nevroloji fəsadlar yarana bilər.

Qeyd edək ki, ilk şübhəli yoluxma və ölüm halı avqustun əvvəlində qeydə alınıb, lakin Səhiyyə Nazirliyi bu barədə məlumat verməyib. İctimaiyyət bu barədə cəmi bir neçə gün əvvəl Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktorunun ölümlə bağlı məlumatı təsdiqlədiyi materiallardan öyrənib. Lakin bu günlərdə belə, Səhiyyə Nazirliyi ictimaiyyətdə təşviş, qorxu və şübhələri aradan qaldırmaq üçün heç bir iş görməyib. Verdiyi qərarlara görə məhkəmələrdə uduzan nazir hüquqşünas Anait Avanesyan yoluxucu xəstəliklərin yayılmasının qarşısını necə ala bilər?”, - deyə qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR