Onlayn ictimai-siyasi qəzet
Ermənistanda casus tutulub.
Musavat.com xəbər verir ki, məlumat “Sputnik Armenia”da yayılıb.
Qeyd olunur ki, Ermənistan Respublikasının İstintaq Komitəsi tərəfindən 2024-cü il iyunun 26-da başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı 43 yaşlı İrəvan sakininin casusluq yolu ilə dövlətə xəyanət etməsi, dövlət məzmunlu məlumatların ötürülməsi barədə faktiki məlumatlar əldə edilib.
Məlumatda bildirilir ki, suçlanan şəxs “xarici kəşfiyyat” orqanlarının nümayəndəsinə “düşmənçilik fəaliyyətini” həyata keçirmək üçün sirr sayıla biləcək məlumatlar verib.
“Adıçəkilən şəxs 2023-cü ilin yanvar ayından etibarən “Odnoklassniki” sosial şəbəkəsindəki hesabdan istifadə edib. O, kiçik çavuş rütbəli müqaviləli əsgərdir. Həmin sosial şəbəkədə saxta hesab altında gizlənərək Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə yaradıb. Sonrakı “sevgi söhbətləri” nəticəsində sonuncu ER Silahlı Qüvvələrinin göstərilən müqaviləli əsgəri ilə yaxın münasibət qurub və onu “xidmətə” götürüb”.
Yazıda şəxsin 43 yaşında olduğu bildirilir və qeyd olunur ki, 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına kimi idarə etdiyi bölmədə olan silah-sursatla bağlı dövlət sirrini, xidməti sirri, habelə hərbi sahədə digər məlumatları toplayaraq danışdığı şəxsə ötürüb. O, eyni zamanda döyüş mövqeləri, silahın sayı və növü, döyüş mövqelərinin yerləşdiyi yerlər, komanda heyətinin şəxsi məlumatlarını da paylaşıb.
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi əməkdaşlarının hərəkətləri nəticəsində əldə edilmiş faktlar əsasında iyulun 2-də şəxs həbs edilib və əməllərini etiraf edib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib və bu, təmin edilib”.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ