İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ağır qəza: onlarla yaralı var

İrəvan-Böyük Qarakilsə avtomobil yolunda ağır avtomobil qəzasında 20 nəfər yaralanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, saat 18:30 radələrində yolun 94-cü kilometrliyində “Mercedes Sprinter” markalı mikroavtobus və “QAZ-53” markalı yük maşını toqquşub.

Xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilib ki, toqquşma sonucunda hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq tarlaya aşıb.

Qəza faktı ilə bağlı İstintaq Komitəsində cinayət işi açılıb. Hüquq-mühafizə orqanları sürücülərin və zərərçəkənlərin kimliyini müəyyənləşdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR