İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana vacib sual: Minsk qrupu hansı işlə məşğul olacaq?

“Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyil. Sadəcə olaraq siyasi piarla məşğuldur. Beynəlxalq aləmdə özünün sülhpərvər imicini formalaşdırmağa çalışır. Lakin faktiki olaraq müqaviləni imzalamamaq üçün müxtəlif bəhanələr uydurur”.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Bunu Musavat.com-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib. Siyasi şərhçi bildirir ki, Ermənistan vaxt qazanmağa çalışır: “Ermənistanda sürətlə silahlanma prosesi gedir. ABŞ bu ölkədən İrana və Rusiyaya qarşı plasdarm kimi istifadə etməyə çalışır. Bu və ya digər şəkildə özünün hərbi kontingentini orada yerləşdirməyi istəyir. Ermənistanda ABŞ-nin bioloji laboratoriyaları fəaliyyət göstərir.

Ermənistan ABŞ və Qərb ölkələrinin köməyindən Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı istifadə etmək istəyir. Ona görə də sülh müqaviləsini imzalamağa heç də meylli deyil, sadəcə müxtəlif bəhanələr uydurur. Amma beynəlxalq tribunalarda özünü sülh göyərçini kimi göstərir, deyir, hazırdır, guya ki, Azərbaycan məsələni çətinləşdirir.

Bəs Azərbaycan nə deyir? Ermənistana bildirir ki, konstitusiyaya dəyişiklik et, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çək. Ermənistan konstitusiyasında konkret olaraq müstəqillik haqqında bəyannaməyə istinad olunur.  Həmin bəyannamədə isə  Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” qərarından bəhs olunur. Biz isə bunun dəyişdirilməsini istəyirik. Sülh şəraitində yaşamaq istəyirsənsə, bu dəyişikliyə getməlisən ki, gələcəkdə ərazi iddiası olmasın. Çünki bu cür sülh müqaviləsi dövlətlə bağlanır, konkret fərdlə yox. Əks halda hakimiyyət dəyişikliyi olanda yeni gələn rəhbərlər deyəcəklər ki, sülh müqaviləsi konstitusiyaya uyğun deyil. Bizim tələbimiz normaldır. Azərbaycan bildirir ki, ATƏT-in Minsk qrupu ləğv edilib, tərəflər orada iştirak etmir. Ermənistan isə deyir, Minsk qrupu saxlanılsın. Azərbaycan-Ermənistan münaqişəsi bitib, belə olan halda Minsk qrupu hansı işlə məşğul olacaq?

ABŞ-nin hərbi kontingenti niyə Azərbaycanla sərhəddə yerləşməlidir? Bölgə dövlətlərinin məsləsini niyə ABŞ və ya digər Qərb ölkələri həll etməlidir?

Ermənistan Azərbaycanın bu istək və tələblərindən boyun qaçırmaqla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını göstərir”.

Siyasi şərhçi bildirir ki, 2027-ci ildə Ermənistan konstitusiyasının dəyişilməsi nəzərdə tutulub: “Lakin güman etmirəm ki, ərazi iddiaları ilə bağlı məsələ konstitusiyadan çıxarılsın. Birmənalı olaraq Ermənistan hakimiyyəti bundan imtina etmək istəyir”. 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR