İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və KTMT arasında qarşıdurma... - Tasmaqambetovdan İLGİNC AÇIQLAMA

“Ermənistan hökumətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək”.

Musavat.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

O, Ermənistan və KTMT arasında qarşıdurma ehtimalından da danışıb:

“Ümid edirəm ki, bu, fərziyyədən başqa bir şey deyil, tərəflərin resurs bazası və real imkanlarını nəzərə almaq lazımdır, ona görə də bu məsələ, hətta hazırda mümkün olmasa da, son dərəcə aktual olaraq təsnif edilir, təhlil tələb edir”.

Katibliyin analitikləri bildirirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər, lakin bu halda regional təhlükəsizliyin o amilləri işləyəcək ki, onların təsirini indi proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətindir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR