İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

Ermənistan hakimiyyəti Rusiyanı buradan çıxarıb, ölkəni türk vilayətinə çevirməyə çalışır.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir və burada Türkiyə regionda həlledici rol oynayır:

"Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri də yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr mövcud deyil. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR