İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri: "Müxalifət özünü çox şişirtməsin"

“Özünüzü çox şişirtməyin”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri fevralın 7-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətə ünvanlayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində keçmiş müdafiə naziri, “Ermənistan bloku”nun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlı dinləmələr keçirilib.

“Bu görüşün qapalı olmasına çox təəssüflənirəm, çünki, həm müharibə zamanı, həm də ondan sonra çox tez-tez qaldırılan suallara çox maraqlı cavablar tapıldı”, deyə - Simonyan bildirib.

Müxalifətin iş üslubuna toxunan MŞ sədri qeyd edib ki, onlar Ermənistanın siyasi müstəvisində öz rollarını həddən artıq şişirdirlər. “Onların siyasi fəaliyyəti sırf “sərhəddə hücumlar”, Azərbaycnın atdığı addımlarla bağlı gündəm qurmaq üzərində qurulub. Bu adamların hamısı tutulsa belə, Ermənistan heç bir halda əsas gündəmdən və problemlərdən kənara çıxmayacaq. Özlərini çox qiymətləndirməsinlər”, - deyə, o qeyd edib.

Ermənistanın müdafiə naziri “hərbi hissələrin torpaqlarını satan hazırkı müdafiə naziri Suren Papikyana da qarşı hansı səbəbə görə cinayət işinin başlanmadığı” barədə suala qəribə cavab verib.

Onun sözlərinə görə, bu sual yanlış şəxsə ünvanlanıb, çünki parlament spikerinin cinayət işi başlatmağa haqqı yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR