İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan OPEK-dən böyük borc alır - Büdcə kəsirini düzəltmək üçün

Ermənistan OPEK-in Beynəlxalq İnkişaf Fondundan 50 milyon avro kredit götürməyi planlaşdırır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlament iclasında müvafiq layihənin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, həmin vəsait büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.

Layihədə qeyd olunur ki, vəsait nəzərdə tutulan islahatların həyata keçirilməsinə, ev təsərrüfatlarının və müəssisələrin enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə, təhsil və səhiyyə sistemlərində islahatların aparılmasına, həmçinin Qarabağdan gələn ermənilərin sosial dəstəyinə yönəldiləcək.

Parlament müxalifəti bu təşəbbüsə qarşı çıxıb. Onların fikrincə, bu, Ermənistanın onsuz da kifayət qədər böyük olan dövlət borcunu artıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR