Onlayn ictimai-siyasi qəzet
Ermənistan prezidenti Vahan Xaçatryanın sərəncamı ilə Müdafiə nazirliyinin Silahlanma və Texniki təchizat idarəsinin rəisi Mger Şirinyan vəzifəsindən azad edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu qovulma sadə kadr dəyişikliyi kimi görünsə də, Şirinyanın adı son dövrlərdə ölkədə səs-küyə səbəb olan cinayət işlərindən birində hallandığı üçün məsələ cəmiyyətdə xüsusi diqqət doğurub.
Şirinyan, Müdafiə Nazirliyində çalışdığı müddətdə silah və texniki təchizatla bağlı dövlət satınalmalarında şəffaf olmayan fəaliyyətlərdə ittiham olunur.
İddialara əsasən, o, müəyyən şirkətlərə qanunsuz üstünlük verərək dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına səbəb olub və səlahiyyətlərini aşaraq qərarlar qəbul edib. Bu hallar ölkə qanunvericiliyinə zidd olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Onun barəsində açılmış cinayət işi hazırda araşdırma mərhələsindədir.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ