İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan məhkəməsi keçmiş müdafiə nazirini həbsdə saxladı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın vəkillərinin onun azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Tonoyanın vəkillərdən biri Sergey Ovannisyan məlumat yayıb.

S.Ovannisyanın sözlərinə görə, onlar yenidən sabiq nazirin 35 milyon dram girov müqabilində azadlığa buraxılması üçün vəsatət qaldırıblar. Vəkilin dedyinə görə, hətta bunun üçün Tonoyanın mənzili girov qoyulub.

Qeyd edək ki, David Tonoyan da daxil olmaqla Ermənistan ordusunun keçmiş yüksək rütbəli məmurları ordunun ehtiyacları üçün 4 milyon dollar dəyərində yararsız raketlər almaqda ittiham olunurlar.

Müttəhimlər raketlərin istifadəyə yararsız olması ilə bağlı iddiaları rədd edirlər.

Xatırladaq ki, məhkəmənin qərarına əsasən, David Tonoyan ötən il sentyabrın 30-dan həbsdədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR