Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti respublikanın Avropa İttifaqına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) inteqrasiyasına ümid edir və hələ də KTMT-dən çıxmaqla hədələyir.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan geniş mətbuat konfransı zamanı deyib. Eyni zamanda, onun fikrincə, belə xarici siyasət Rusiya ilə qarşıdurmaya gətirib çıxarmır. Əksinə, Moskva ilə İrəvan arasında münasibətlər əvvəlkindən daha yaxşı olmalıdır.
"Biz ŞƏT-ə üzv olmaq üçün müraciət etmişik. Bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur", - hökumət başçısı vurğulayıb.
O, Ermənistanın artıq bu təşkilatda müşahidəçi statusuna malik olduğunu da xatırladıb. Paşinyanın sözlərinə görə, hazırda ŞƏT substantiv və struktur dəyişiklikləri müzakirə edir, bu müddət ərzində bu mövqe ləğv oluna bilər. Bu baxımdan İrəvan gələcək inteqrasiya yolu ilə getmək niyyətindədir. "Lakin biz balanslaşdırılmış xarici siyasətimizi davam etdiririk", - Paşinyan qeyd edib.
Bu barədə ilk dəfə iyulun 3-də məlumat verilib."Şanxay Əməkdaşlıq Təşkilatının fundamental prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq etməmək və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib", - deyə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan təşkilatın 11-ci üzvü ola bilər. İndiyədək onun tərkibinə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, İran və Belarus daxildir.
Rusiya mətbuatı Ermənistan rəhbərliyinin bu hərəkətindən hiddətləndiyini gizlətmir və bu mövzuda yazılan məqaələlərə bu cür başlıqlar qoyur: “İrəvan KTMT-dən başqa hamı ilə dost olmaq istəyir”.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ