İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu tarixdə "Putin ittifaqı"ndan çıxacaq 

Ermənistan 2026-cı ilin əvvəlində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edə bilər.

Musavat.com xəbər verir ki, məlumatı hraparak.am portalı yayıb.

Portal qeyd edir ki, gələn ilin fevralında Ermənistan çox güman ki, KTMT-dən çıxacaq.

KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə tərəfdaşına danışıb. Eyni zamanda Paşinyan ölkənin KTMT-dən çıxarıla biləcəyini də istisna etməyib.

Bundan əvvəl Ermənistan təşkilata üzvlüyünü dondurub. Məlumata görə, Nikol Paşinyan qeyd edib ki, İrəvan KTMT-də iştirakını bərpa etmək yox, çox güman ki, təşkilatı tərk edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR