İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Aİ-nin monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib

Ermənistan hökuməti şərti olaraq Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Hökumət onu Konstitusiya Məhkəməsinə göndərib və müsbət rəy olarsa, ratifikasiya üçün parlamentə göndəriləcək.

Saziş 2023-cü il noyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos tərəfindən imzalanıb.

Sənədlə missiyanın işinin bütün texniki məsələləri nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR