İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qırmızı Xaça OD püskürür

“Qırmızı Xaç şüurlu və ya şüursuz şəkildə humanitar təşkilatdan Azərbaycanla əməkdaşlıq edən quruma çevrilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Siranuş Saakyan deyib.

“Əgər Qırmızı Xaç olmasaydı, o zaman Vaqif Xaçaturyan Azərbaycanın yurisdiksiyasının əlinə keçməzdi. Belə olan halda Qırmızı Xaç insan hüquqlarını pozan təşkilata çevrilib”, - deyə hüquq müdafiəçisi beynəlxalq təşkilata qəzəbini bu sözlərlə ifadə edib.

Siranuş Saakyan Vaqif Xaçaturyanın həbs olunması ilə ermənilər üçün hüquqi presedentin yarandığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR