İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni terrorçudan ŞOK ETİRAF: azərbaycanlılara qarşı görün nələr ediblər - UNİKAL KADRLAR

Azərbaycanlılara qarşı etnik təmizləmədə iştirak edən erməni terrorçu sosial şəbəkələrdə ermənilərin Qarabağda dinc əhalinin evlərini necə qarət etməsindən və yandırmasından danışıb.

Musavat.com xəbər verir ki, Seval Mail adı ilə paylaşım edən terrorçu qeyd edib ki, ermənilər hətta azərbaycanlıların evlərindən diş fırçası da götürüblər.

Eyni zamanda o əlavə edib ki, azərbaycanlılar Qarabağda heç vaxt quldurluqla məşğul olmayıblar

O, 1992-93-cü illərdə Cəbrayıl, Ağdam və Laçın rayonlarının işğalından sonra çəkilmiş və bu günə qədər heç yerdə yayımlanmayan videoları yayımlayıb və qeyd edib ki, ermənilər azərbaycanlıların evlərini qarət edib, əşyalarını aparır, sonra isə evləri yandırırdılar. 

Həmin kadrları təqdim edirik. 

@@TVmusavat/92870@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR