İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalif deputat: Brüsseldə işlər düz getməyib  

“Aİ və ABŞ-nin Ermənistana vəd etdiyi məbləğ avroya çevrilərsə, ildə cəmi 80 milyon avrodan az pul alacağıq. Bu, hakimiyyətin Brüsselə getməzdən əvvəl vəd etdiyi məbləğin yanında cüzi görünür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin müxalif deputatı Artur Xaçatryan bildirib.

“Bu ilin əvvəlindən Ermənistanın təkcə xarici borcu keçən illə müqayisədə iki dəfə artıb. 2021-ci ilin iyul ayında Aİ 2,6 milyard avro vəd etmiş və digər tərəfdaşların da təxminən eyni məbləği verəcəyini bildirmişdi. ABŞ-nin dəstəyi 1990-cı illərdən çox olmasa da, hələ də 100 milyon dollar civarında idi.

Ona görə də düşünürəm ki, Brüsseldə işlər düz getməyib. Ermənistan qarşısında daha yüksək şərtlər qoyulmuşdu və İrəvan vəziyyəti dəyərləndirərək yəqin ki, onun öhdəsindən gələ bilməyəcəyini anladı. Paşinyanın apardığı siyasət nəticəsində qaya ilə sərt yer arasında qaldıq. Bura Azərbaycan-Türkiyə təhlükəsini də əlavə edin”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR