İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni folklor qrupuna Türkiyə yasaq qoydu, ölkədən QOVDU – SƏBƏBİ...

Ermənistanın separatizmi təbliğ edən “Veradardz” – yəni “Qayıdış” adlanan folklor qrupunun Türkiyədə çıxışına qadağa qoyulub.

Musavat.com xəbər verir ki, qrupun 23-cü Munzur Mədəniyyət və Təbiət Festivalında iştirakı Tunceli (Dersim) valiliyi tərəfindən rəsmən dayandırılıb.

Qrup üzvləri Van bölgəsində saxlanılıb və Türkiyə ərazisinə buraxılmayaraq ölkədən çıxarılıb. Valiliyin yaydığı açıqlamada bildirilir ki, bu qadağanın əsas səbəbi həmin qrupun 6 il əvvəl eyni festivalda səhnədə Ermənistan bayrağı və separatçı simvollar qaldırmasıdır. Bu isə festivalın məqsədlərinə və ictimai asayişə zidd hərəkət kimi qiymətləndirilib.

Ermənistanın bu “folklor qrupu” illərdir Qarabağda mövcud olmuş qondarma “artsax” rejiminin tərəfdarı və təbliğatçısı kimi fəaliyyət göstərir. “Qayıdış” adı altında Azərbaycanın ərazisində qeyri-qanuni məskunlaşmış ermənilərin guya “vətənlərinə dönməsi” ideyası musiqi və rəqs dili ilə simvollaşdırılır. Bu, sırf ideoloji bir platformadır və mədəniyyət adı altında həyata keçirilən separatçı təbliğatın parçasıdır. Bu qrupun əsas hədəfi 44 günlük Vətən müharibəsində darmadağın edilmiş saxta rejimin simvollarını yenidən beynəlxalq tədbirlərə daşımaq və “qayıdış” ideologiyasını diriltməkdir.

Türkiyə dövlətinin belə bir qrupun səhnəyə çıxmasına icazə verməməsi, əslində, təkcə daxili təhlükəsizlik deyil, həm də Azərbaycanla strateji müttəfiqliyə sədaqətin göstəricisidir. Ankara bu addımı ilə bir daha bəyan etdi ki, separatçılığa – istər silahlı, istər simvolik, istərsə də musiqi pərdəsi altında – heç bir formada tolerantlıq göstərilməyəcək. “Veradardz” qrupunun çıxışı ilə bağlı verilmiş bu qərar həm də Ermənistanın revizionist xəyallarına qarşı konkret cavabdır. Qarabağın azad edilməsindən sonra regionda formalaşan yeni reallıqlar çərçivəsində separatçılığın istənilən ifadəsi qadağan olunmalıdır. Bayraq, nəğmə, rəqs fərq etməz – təbliğatın mahiyyəti dəyişmir.

Azərbaycan cəmiyyəti və mediası bu qərarı tam dəstəkləyir və hesab edir ki, belə addımlar regionda sülh və sabitliyi pozmağa çalışan qüvvələrin qarşısını almaq üçün zəruridir.

Musavat.com olaraq bildiririk ki, “Qayıdış” adı altında gizlənmiş separatçı qayıdışa qardaş Türkiyədə, nə də bütün Türk Dünyasında yer yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR