İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Qafanla bağlı YENİ AÇIQLAMA: "Azərbaycan icazə verməyəcək ..."

Azərbaycan İrəvandan Qafana müntəzəm sərnişin axınına icazə verməyəcəyi ilə bağlı xəbərdarlıqlar edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia Ermənistan parlamentinin deputatı Tiqran Abramyan tərəfindən dilə gətirilib.

“44 günlük müharibədən sonra Azərbaycan Ermənistan hakimiyyətinə Sotk mədəninin istismarını qadağan etdi, Yeraşxda metallurgiya zavodunun tikintisinə icazə vermədi və indi Qafan hava limanının fəaliyyətinə qarşı çıxır.

Artıq bir neçə iri mədən müəssisələrinin cizgiləri çəkilib ki, bunlara qarşı Azərbaycan təbliğat müharibəsinə başlayıb, hətta beynəlxalq səviyyəyə qaldırıb.

Paşinyanın Ermənistanın baş naziri olduğunu və buna görə məsuliyyət daşıdığını deməsi tamamilə yalandır.

Azərbaycan qoşunları uzun müddətdir Ermənistan Respublikasının daxili işlərinə qarışır, elanlardan tutmuş iqtisadi və təhlükəsizlik məsələlərinə qədər qərarlar qəbul edir”,-deyə Tiqran Abramyan bildirib.

Musavat.com

Tiqran Abramyan: “...Qarabağ Azərbaycanındır, bunu oradakı ermənilər də  bilir”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR