Onlayn ictimai-siyasi qəzet
"Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşma ilə bağlı bütün riskləri düzgün qiymətləndirmək lazımdır. Xüsusilə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü fonunda bunu diqqətə almaq vacibdir".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli müxalif deputat Armen Gevorqyan parlamentdə Avropaya inteqrasiya üzrə daimi komitənin iclasında "Qoşulma prosesinin başlanması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqına üzvlüyə 9 ölkə namizəddir. Məsələn, Türkiyə bu prosesə hələ 1987-ci ildə başlayıb. 2022-ci ildən Gürcüstan, Moldova və Ukrayna namizəd statusu alıb, lakin onların heç biri hələ Avropa İttifaqına üzv olmayıb.
"Mən başa düşmək istəyirəm ki, bu qanunun qəbulundan sonra referendum təyin olunana qədər proses nə qədər vaxt aparacaq. Belə çıxır ki, bütün bu müddət ərzində biz qanunvericiliyimizi dəyişdirib Aİ qanunvericiliyinə uyğunlaşdıracağıq, eyni zamanda onların yanaşmalarını və siyasətlərini rəhbər tutaraq, Avrasiya Birliyinin üzvü olaraq qalmağa davam edəcəyik? Avrasiya İttifaqı özü bu on illik prosesə dözəcəkmi? Qarşıdakı prosesi belə təsəvvür edirsiniz?", - Gevorqyan iqtidar deputatlarına səslənib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ