İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Azərbaycan Qarabağ ətrafında dairəni daraldır”

“Azərbaycan Qarabağ ətrafında dairəni daraltmaqda davam edəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” parlament fraksiyasının katibi Tiqran Abramyan danışıb.

“Ümumiyyətlə, Azərbaycanın hərəkətlərinin məqsədi nədir - Qarabağ ətrafında çevrəni o qədər daraltmaq ki, Azərbaycanın gözlədiyi tələblərin ödənilməsi bir neçə günün işi olsun”, - deyə Tiqran Abramyan bildirib.

Revanşist siyasətçinin sözlərinə görə, İrəvan Azərbaycanın müəyyən etdiyi yol xəritəsini həyata keçirməsinə mane olmalıdır, çünki son mərhələdə alternativ olmayacaq. “Əks halda gələcəkdə müqavimət resursları tamamilə tükənəcək”, - deyə Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR