İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkin Qədirli CANLIda - bütün qalmaqallı suallara CAVAB VERİR

Real Partiyasının sədri İlqar Məmmədov indiki zamanda, hər kəsin AŞPA-nın qərarı qarşısında milli birlik nümayiş etdirdiyi, bu qərəzli yanaşmaya etiraz etdiyi məqamda yazdığı status çoxumuzu həm məyus edib, həm də təəccübləndirib.

“Dünən Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub, guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni "ümummilli" məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş bir az açıq danışsaydılar. Qəliz susdular”, - bu, İlqar Məmmədovun, partiya rəhbərinin, siyasətçinin indiki həssas məqamda yazdıqlarıdır.

Əslində Azərbaycan nümayəndə heyətinin bu situasiyada səhvləri nələr olub? Nələrisə vaxtında həll edib, bu nəticəyə gəlməmək mümkün idimi? “Bizə Avropa Şurası lazım deyil” kimi səslənən fikirlər nə dərəcədə məntiqlidir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili Erkin Qədirli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR