İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Putinə AÇIQ ÇEK: GƏL, səni Ankarada GÖZLƏYİRƏM! – Plan masada!

Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə paytaxtındakı yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Biz ən yüksək səviyyədə bildirdik ki, hörmətli Vladimir Putini gözləyirik”, - agentliyin mənbəsi bildirib.
Mənbə Rusiya liderinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab olaraq “konkret tarixlərin olmadığını” deyib.

Bir müddət əvvəl Türkiyəyə səfər edən Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko bildirmişdi ki, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə onu Ankarada gözlədiyini çatdırmağı xahiş edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR