İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Trampa ZƏNG ETDİ: Prezidentlər nələri müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, danışıq zamanı liderlər Türkiyə və ABŞ arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq yeni dövrdə əməkdaşlığı inkişaf etdirəcəyinə dair tam əminliyini bildirib.

Türkiyə rəhbəri qeyd edib ki, regional və qlobal hadisələr Türkiyə və ABŞ arasında bütün məsələlər üzrə məsləhətləşmələrin genişləndirilməsini tələb edir.

Ərdoğan Trampın Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üzrə qərarlı və birbaşa təşəbbüslərini dəstəklədiyini vurğulayıb. O, müharibənin başladığı ilk gündən Türkiyənin ədalətli və davamlı bir sülhə yönəldiyini və bunu davam etdirəcəyini söyləyib.

Suriya vəziyyətinə toxunan Ərdoğan, Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyət göstərməsi və bu ölkəyə qarşı sanksiyaların qaldırılmasının önəmini vurğulayıb. Onun fikrincə, bu, suriyalıların öz vətənlərinə təhlükəsiz qayıtmalarına şərait yaradacaq.

Türkiyə prezidenti yeni dövrdə ABŞ-dan Türkiyənin maraqlarını nəzərə alaraq terrorizmə qarşı mübarizədə addımlar atılmasını gözlədiklərini bildirib. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün sanksiyaların ləğv edilməsi, F-16 təyyarələrinin alışı prosesinin tamamlanması və Türkiyənin F-35 proqramına bərpa edilməsi zərurətini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR