İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ərdoğan Putinin diqqətinə onu çatdırmağa çalışıb ki... " - Politoloqdan İLGİNC ŞƏRH

Məlum olduğu kimk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan bildirib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

"Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb. Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini bildirib".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə Ərdoğan bununla Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin:

"Və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir.
Hazırda Əsəd, Ərdoğana şərt irəli sürmək vəziyyətində deyil".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR