İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan İsrailin nüvəsindən danışdı: Şikayət etmişik

İsrailin ölkələrin təhlükəsizliyinə təhdid olan atom bombasına sahib olması ilə bağlı Türkiyə BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) təşəbbüslər irəli sürəcək.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrailin atom bombası var. Biz müvafiq orqanlara şikayət etmişik və bunu davam etdiririk. Bütün regionun, o cümlədən Türkiyənin təhlükəsizliyini təhdid edən bu məsələ ilə bağlı həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də təşəbbüslər göstərəcəyik”, - Ərdoğan bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR