Onlayn ictimai-siyasi qəzet
Antalya Diplomatiya Forumunun yadda qalan ən emosional anlarından biri də Prezident İlham Əliyevin tədbirə təkcə dövlət nümayəndə heyəti ilə deyil, ailə üzvləri – o cümlədən nəvələri ilə qatılması oldu. Bu, təkcə bir diplomatik jest deyil, həm də dərin qardaşlıq münasibətlərinin ifadəsi idi. Axı insan ancaq doğma evə, əziz bildiyi ocağa gedərkən ən yaxınlarını da özü ilə aparır.
Musavat.com xəbər verir ki, Forum zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkiz övladları – Əli və Mikayıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Sosial şəbəkələrdə yayılan və qısa zamanda gündəm olan fotoda Ərdoğanın Azərbaycan Prezidentinin nəvələrini səmimi şəkildə qucaqladığı əks olunub. Foto həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Əli Ağalarovun sosial mediada paylaşdığı həmin görüntü, qardaş dövlətlər arasındakı münasibətlərin nə qədər doğma, səmimi və ailəvi səviyyəyə çatdığını bir daha nümayiş etdirib. Bu foto bir çoxları üçün təkcə forum xatirəsi deyil, həm də iki xalqın birliyinin, yaxınlığının rəmzi oldu.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ