Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsi ilə Ukrayna münaqişəsi fonunda Ankaranın yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılması istiqamətində addımlarını müzakirə etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
“Ukrayna ilə Rusiya arasındakı münaqişə Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması ehtiyacını gündəmə gətirib. Bu kontekstdə prezident Ərdoğan tez-tez Avropa liderləri ilə onlayn danışıqlar aparır”, - jurnalistlər qeyd edib.
Həmçinin, tədbirdə Türkiyənin Suriyada yeni administrasiyanın sabitləşdirilməsi və Latakiyada gərginliyin təkrarlanmaması üçün dəstəyi müzakirə olunacaq.
Bundan əvvəl Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyəni vahid təhlükəsizlik sisteminə və yenidən silahlanma proqramına daxil etməlidir. Siyasətçi qeyd edib ki, Ankara qitə ilə birgə müdafiə proqramlarında, o cümlədən Aİ strukturlarının dəstəklədiyi proqramlarda iştirak etmək istəyir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ