İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Asiya turuna çıxır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral tarixlərində Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

Bu barədə Türkiyə liderinin Kommunikasiya məsələləri üzrə direktoru Fahrettin Altun sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Ərdoğan dəvətlərə cavab olaraq rəsmi səfərlər edəcək.

F.Altun qeyd edib ki, görüşlər çərçivəsində adıçəkilən ölkələrlə ikitərəfli əlaqələr bütün aspektləri ilə nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq.\\qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Fevral 2025

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR