İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır

Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: "İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil".

Ərdoğan söyləyib ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir: "Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidirlər. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək"./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR