İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçidən İLK AÇIQLAMA gəldi: MAQATE də işə qarışır

Omanda ABŞ-la keçirilən dolayısı danışıqların üçüncü raundu əvvəlkilərlə müqayisədə daha ciddi atmosferdə baş tutub. Lakin bəzi fikir ayrılıqları ortaya çıxıb və buna görə də tərəflərin daxildə əlavə məsləhətləşmələr aparması vacibdir.

Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında bildirib.

"Danışıqların üçüncü raundu əvvəlkilərdən daha ciddi keçdi, biz tədricən texniki detalları araşdırmağa başlayırıq", – deyə Əraqçi hazırkı mərhələnin yekununda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzi məsələlərlə bağlı bir sıra fikir ayrılıqları mövcuddur.

Əraqçi əlavə edib ki, İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə danışıqların gedişindən ümumilikdə razıdır, lakin Vaşinqtonla gələcək razılaşmaya ehtiyatlı nikbinliklə yanaşır.

"Danışıqların gedişindən razıyıq, hər iki tərəf ciddi mövqe sərgiləyir. Razılaşmaya nikbin baxıram, amma ehtiyatla," – deyə Əraqçi jurnalistlərlə söhbətində vurğulayıb.

Nazir qeyd edib ki, danışıqların növbəti raundunda MAQATE ekspertləri də iştirak edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR