Onlayn ictimai-siyasi qəzet
“Atamı xəstəxanadan evə gətirmişik. Amma vəziyyəti yaxşı deyil. Hər gün bir az geri gedir”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.
Aktyorun övladı bildirib ki, insult keçirən atasının bir əli hərəkət qabiliyyətini itirib, digər əlində isə hərəkətlilik zəifdir:
“Gecələr yata bilmir deyə, hər şeyə əsəbiləşir. Əvvəldən iştahası yaxşı deyildi, indi isə ümumiyyətlə, yemək qəbul etmək istəmir. Çətinliklə yedizdirirəm ki, dərman qəbul etsin. Danışa bilmir, mənimlə oğlumdan başqa heç kimi tanımır. Bibim gəlir, atamın adını çəkir, onu tanıyıb reaksiya vermir. Ona da, bizə də çətindir. Ancaq günortalar bir az yatır. Yeriməsində də ciddi çətinliklər var. Arada bir tutaraq evin içində gəzir”.
Qeyd edək ki, aktyor yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülmüşdü. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
74 yaşlı aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Şahanə Rəhimli
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ