İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ənsar Allah” lideri: Hər iki gündə bir gəmiyə zərbə vururuq

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər indiyədək Qırmızı və Ərəb dənizlərində ümumilikdə 102 gəmiyə hücum ediblər.

Musavat.com xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı tərəfindən çıxışı yayımlanan hərəkatın lideri Abdel Malek əl-Husi məlumat verib.

Əl-Husi deyib ki, hücum edilən gəmilərin sayı 102-yə çatıb: “Orta hesabla “Ənsar Allah” iki gündə bir gəmiyə zərbə vurur”.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisini atəşə tutacaqları və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR