Onlayn ictimai-siyasi qəzet
Rusiyada "Vremya" proqramının ilk aparıcılarından biri və SSRİ Dövlət Televiziya və Radio Yayımları Komitəsinin Mərkəzi Televiziyasının diktorlarından olan Aza Lixitçenko vəfat edib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Pervıy kanal" məlumat verib.
"Ekranda mükəmməl obraz - təmkinli, özünəinamlı, açıq. O, tamaşaçılara ölkənin həyatındakı əsas hadisələr barədə danışırdı və ümumxalq məhəbbəti qazanmışdı", - xəbərdə deyilib.
Bildirilir ki, Lixitçenko uşaqlıqdan aktyor olmaq arzusunda imiş və televiziya aparıcısı kastinqinə maraqdan gəlib. Lakin televiziyada iş onu cəlb edib. Nəticədə o, 1968-ci ildən 1993-cü ilə qədər "Vremya" proqramını aparıb.
Teleaparıcı 86 yaşında dünyasını dəyişib.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ