Onlayn ictimai-siyasi qəzet
"Sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra ciddi narazılıq müşahidə etməmişik. Araşdırma nəticələrinə görə, təxminən 400 nəfər 1977- 1991- ilə kimi dövrdə işə qəbul olunanlardır. Bu, onu göstərir ki, saxta diplom tolerantlığının səviyyəsi yüksəkdir. Belə olmamalıdır".
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir vurğulayıb ki, müəllimin nüfuzu məsələsi önəmlidir: "Müəllimin nüfuzu yüksək olmalıdır. İlk növbədə müəllimlər özləri saxta diplom verməməyə çalışmalıdırlar. Təfəkkür belə davam etdikdə zamanla problemlər üzə çıxır. Hər kəs öz üzərinə düşən borcu vaxtında yerinə yetirsə idi, bu mərhələyə gəlməzdik. Hay-küy saldığı üçün qiymət, diplom alanlar var. Nazirlikdə bütün məlumatlar var. Araşdırma aparılır. İnsanların sosial vəziyyəti ilə bağlı məlumat toplayırıq. Onların əmək bazarında yer qazanması üçün araşdırma aparılır".
Nazir vurğulayıb ki, cəmiyyət sertifikatlaşdırmanın məqsədini artıq baş düşür: "Hazırda prosesin ortasındayıq. Artıq prosesin leyhinə olan insanları görürük. Proses 2027-ci ildə bitəcək",-nazir bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ