Onlayn ictimai-siyasi qəzet
Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı qüvvələri Kursk vilayətində Ukrayna ordusunun müvəqqəti yerləşmə məntəqəsini aşkar edib.
Rusiya tərəfinin məlumatına görə, kəşfiyyatın köməyi ilə bu obyekt pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə məhv edilib. Hadisə Ukraynanın təxribat hazırlığında olduğu meşə massivində baş verib. Zərbə nəticəsində Ukrayna hərbçilərinə ciddi itkilər verilib.
Milli Qvardiyanın mətbuat xidməti hadisəni təsdiqləyərək qeyd edib ki, əməliyyatın əsas məqsədi sərhəd təhlükəsizliyini təmin etmək olub. Kursk bölgəsi müharibənin sərhəd xəttində yerləşdiyindən strateji əhəmiyyətə malikdir.
Daha ətraflı məlumat və hadisənin təsirləri ilə bağlı açıqlamalar hələ gözlənilir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ukraynadan olan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ