Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Yayılan məlumatlarda erməni baş nazirin Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə baş tutan telefon danışığının detalları yer alıb. Eyni zamanda Paşinyanın açıqlamaları da yayılıb.
“Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”, -Paşinyan belə deyib.
Paşinyan indiyədək aparılan ikitərəfli danışıqların müsbət nəticələrindən də söz açıb
“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığımda da bildirmişəm. Digər formatlardan da imtina etmirik”.
Cavanşir ABBASLI
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ