İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elit Optimal"dan 11 telefon oğurladı, yolda polislə rastlaşdı - Bu cəzanı aldı

Xırdalan şəhərində “Elit Optimal” mağazasından 20 770 manat dəyərində 11 ədəd mobil telefonun oğurlanmasına görə həbs edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, 23 yaşlı Z.Fərəcov hadisə günü dostugildən gəlirmiş. Gecə saat 12 radələrində “Elit Optimal” mağazasının yanından keçən zaman oğurluq etmək qərarına gəlib. Mağazaya bitişik hasara çıxaraq oradan içəri daxil olub. Mağazanın birinci mərtəbəsinə düşərək “İphone” və “Samsung” markalı 11 telefonu götürərək gəldiyi yerdən çıxıb.

Z.Fərəcov yol kənarı ilə Masazıra doğru gedən zaman polis əməkdaşları onu saxlayıb. Gecə saatlarında küçədə olması polis əməkdaşlarını şübhələndirib və ondan şəxsiyyətini təsdiq edən sənəd istəyiblər. Fərəcov üzərində heç bir sənəd olmadığını deyib və həyəcanlanmağa başlayıb. Polis əməkdaşları onu idarəyəə aparan zaman üzərindən mobil telefonlar çıxıb. Fərəcov əməlini səmimi şəkildə etiraf edib.

Daha əvvəl də oğurluğa görə məsuliyyətə cəlb edilən Fərəcova azadlığın məhdudlaşdırılması cəzası verilmişdi. Sonuncu cinayəti törədən zaman onun məhkumluğu ödənilməmiş olub. Məhkəmə Fərəcova bu əməlinə görə 2 il həbs cəzası təyin edib.

Qeyd edək ki, mağazaya dəymiş ziyan tam olaraq ödənildiyi üçün şikayətçi tərəf olmayıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR